Kriminal

Evinin zirzəmisindən 10 kiloqram narkotik çıxdı

25 Fevral 2021 19:01
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq Polis Şöbəsinə gətirilib. Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.