Kriminal

Azərbaycanda 22 yaşlı qızı oğurlayan şəxs həbs edildi

10 Sentyabr 2025 18:22
Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.