Kriminal

Mağazanın tavanını söküb 13 min oğurladı

13 Fevral 2021 18:30
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonu ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.