Kriminal

Kişinin başına küt alətlə vurub 15 min manatdan çox pulunu oğurladılar

24 Avqust 2020 12:56
Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin,  Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib "Opel" markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.