Kriminal

21,7 kq narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO

29 İyun 2020 21:14
Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.

DSX-dan Milli.Az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 1988-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaşı Sədri Kazım Həmid Azərbaycan Respublikasının dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılmışdır. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metaмfеtamin, güclü təsir edən maddə - 8,9 qram "Tramadol", 37,4 qram "Preqabalin", 0,4 qram "Klobazam" aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş, cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə yerində ataraq İran İslam Respublikası istiqamətində geri qaçmışlar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram qurudulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə "Mydrax-Tropikamide"-yə oxşar maddə aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.