Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinindən Milli.Az-a verilən məlumata görə, əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunması sahəsində həyata keçirilən mütərəqqi addımlara kölgə sala biləcək neqativ amillərə, koronovirus pandemiyası fonunda aztəminatlı vətəndaşlara dövlət tərəfindən ayrılmış sosial yardım paketlərinin təyinatı üzrə çatdırılmasında yol verilən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı kəsərli tədbirlər davam etdirilir.
Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.
Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
"Kızılcık şerbeti"ndə dəyişiklik - (Foto)
-
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
-
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
-
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
-
"Anam kimi mən də 40 yaşında ana oldum" - Zülfiyyə Xanbabayeva
-
Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)
-
Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldonu davranışını tənqid etdi
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq
-
Azərbaycan benzini hansı ölkələrə satır?
-
"Şamaxı" "Şəfa"ya qalib gəldi
-
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
-
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
-
"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)
-
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadılıb
-
Əli Əsədov qərar imzaladı
-
İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)
-
İran ABŞ-ni hədələdi: “Onları qovacağıq”
-
Azərbaycanda məhkum öldü
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu





