Kriminal

Bakıda qanunsuz maska satan şəxs saxlanıldı

12 Mart 2020 13:39
1 Şərh     Baxış: 2 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qanunsuz tibbi maska satan şəxs yaxalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, 1990-cı il təvəllüdlü Z. Yarməmmədov saxlanılıb. Onun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə baxış keçirilərkən oradan 1000 (min) ədəd tibbi nəfəs maskası aşkar edilərək götürülüb.

Z. Yarməməmmədov izahatında bildirib ki, həmin maskaları Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki "Sədərək" Ticarət Mərkəzindəki əvvəllər tanıdığı şəxsdən alıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.