Kriminal

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlılar tutuldu - FOTO

21 Fevral 2020 20:19
9 Şərh     Baxış: 3 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Yalova vilayətində fahişəliklə məşğul olan azərbaycanlılar tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əməliyyatçılar beş hotel və 14 evdə eyni zamanda axtarış aparıblar.

Nəticədə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan 28 qadın və onları fahişəliyə məcbur edən 22 nəfər nəzarətə götürülüb.

Qadınlardan birində İİV (İnsanda İmmunçatışmazlığı Virusu), ikisində isə Hepatit B virusu aşkarlanıb.

Məhkəmə qərarına görə, hakim qarşısına çıxan 50 nəfərdən 13-ü həbs edilib.

Fahişəliklə məşğul olan qadınların ölkələrinə qaytarılması davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.