Kriminal

Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” - VİDEO

28 Yanvar 2020 15:19
22 Şərh     Baxış: 16 125

Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1974-cü il təvəllüdlü Hüseynova Şərqiyə Musa qızı öz həyat hekayəsini danışıb.

Hüseynova Şərqiyə Musa qızı - Məhkum (18 il): "Ailədə 6 uşaq olmuşuq. Qardaşımın biri vəfat edib. Həyat yoldaşım bir neçə il Rusiyada olub. Mən də göyərti satıb uşaqlarımı böyütmüşəm. Yoldaşım gələndən sonra avtobusda işlədi, sonra Türkiyəyə getdi.

Oğlum ailə qurduqdan sonra Bakıda yaşamaq istədilər, gəldilər Bakıya. Dedim kənddə yaşayaq, dedi ki, yox, qız Bakıda qalmaq istəyir. Mən kənddə qaldım, atamgilin mal-qarasını bəsləyirdim. Sonra oğlum gəldi dedi ki, gedək Bakıya, bizimlə yaşa.

Gəldim gördüm ki, oğlum 200 manata kirayə qalır. Qazandığı pul heç yeməyimizə kifayət etmirdi. Bir gün çiməndə gəlinim gəldi, dedi ki, səni özüm çimizdirəcəm. Suyu açdı az qalmışdım boğulum.

Sonra gəldim, dedim uşağı ver oynadım. Mənə dedi ki, sən uşaq saxlamısan ki? Uşağı anam saxlayıb. Uşağı mənə vermədi oynatmağa. Başladıq uşağı çəkişdirməyə. Körpə qız uşağı əlimizdən düşdü, öldü. Gəlinim də uşağı götürüb qaçdı həyət boyu. Bükdüm uşağı gətirdim otaqda ağladım.  

Gəlinə əsəbiləşdim, bir-iki sillə vurdum ki, sənə bu lazım idi, bunu istəyirdin? Məni kənddən buna görə gətirmişdiniz? Bu da yerdən daş götürdü vurdu başıma. Başımda izi də qalıb, yarıldı başım, qan üzümü-gözümü tutdu. Mən də daşı əlindən aldım onun başına vurdum. Bir dəfə vurdum, iki dəfə vurdum gördüm yıxıldı, özündən getdi. Qaçıb su gətirib üzünə vursam da ayılmadı.

Polislər məni götürüb gətirdilər bura. Uşaqlarım, qızımla oğlum epilepsiya xəstələridir. Bir qəpiyimiz də yoxdur. Yanıma gəlib-gedən də yoxdur. Mən burda pulsuz necə oturum? 18 il həbs cəzası veriblər, 4 ayım hələ bir neçə aydan sonra tamam olacaq.

Törətdiyim əmələ görə çox peşmanam, məni bağışlayın. O, mənim can-ciyərim idi, o qızı mən oğluma almışdım. Qızımı yad oğlana ərə vermişdim, oğluma da qohum aldım ki, heç olmasa bir dənə də qohumum olsun. Bu da mənim başıma belə oyun açdı.

Hərdən özümü pis hiss edirəm, iynələr vurulur, özümdə olmuram, torpaq yeyirəm, murdar yerdən su içirəm. Arzum odur ki, məni buraxsınlar, günahımı bağışlasınlar gedim müalicə olunum.

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    xanim · 28 Yanvar 15:26300

    Allah heç kimə belə həyat göstərməsin. Amma qadının dediklərin oxudum dəhşətə gəldim.Gəlin ölüb yenə də onu günahlandırır, deyir məni bu vəziyyətə saldı

    Cavab yaz
  • Anonim
    Bakili · 28 Yanvar 15:36250

    Sen bidene seyu qacirmisan gerey oni vuranan sora o dasi oz basiva vureydun

    Cavab yaz
  • Anonim
    Hmm · 28 Yanvar 15:45181

    Bu konkret özunu zaddiğa qoyub.. orda pul nəyinə lazımdi,cixib mualicə ucun pulu hardan tapassan bəs..oturub adam kimi dərdini çəkəsi..

    Cavab yaz
  • Anonim
    Aygun · 28 Yanvar 15:47281

    18 il nedir ay kaftar sen ordaca ölmelisen hele utanmir hele meni buraxsinlar deyir sen cehennemliksen Allah senin tez bir zamanda canini alsin amin

    Cavab yaz
  • Anonim
    A/B · 28 Yanvar 15:58181

    Allah cezani versin ele,mundar qadin

    Cavab yaz
  • Anonim
    H.S · 28 Yanvar 15:58231

    Ne manyak insanlar var.nece biyabrci heyatlar var.dunyamiz cox murdarlashib...

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 28 Yanvar 16:44183

    ALLAH (cc) ÖLƏNLƏRƏ RƏHMƏT ELƏSİN HEÇ KİM HEÇNƏDƏN SİQORTALANMAYİB AQİLA GƏLMƏYƏN O QƏDƏR İŞLƏR VAR Kİ GƏLİN BABAL YUMAYAQ ALLAH (cc) BİZLƏRİN AQLİN BAŞİNDAN ALMASİN AMİN

    Cavab yaz
  • Anonim
    AA · 28 Yanvar 16:56220

    korpeni cekisdirdik usaq yere dushdu öldü, bu yazini oxudum ureyim agridi. ve burda yaza bilmediyim sozleri bu kaftara saplamisham !

    Cavab yaz
  • Anonim
    AA · 28 Yanvar 16:59180

    bu qadinda catmir ! oz oglunun ailesini qana buladin. indi get Allah cezani versin !

    Cavab yaz
  • Anonim
    Elxan · 28 Yanvar 17:16110

    Bunlar Azərbaycanı qaraçı yuvasına döndəriblər.Öləni də,qalanı da.

    Cavab yaz
  • Anonim
    Leman · 28 Yanvar 17:19131

    O gelinle uşaği yox sen qara torpağin altinda yatmalisan Allah senin belani versin butun eseblerimi yerinden oynatdi kaftar ölesen ele meyidin çixsin senin ordan

    Cavab yaz
    • Anonim
      Alsu · 28 Yanvar 17:48100

      Hele utanmir deyir cixmaq isteyir. Basqa adam olsa deyerdi olsem daha yaxsidir. Bu hadisenin ezabi o korpenin ahi. Cavan gelinin ruhu meni tutacaq geci tezi var de hec olmasa. Bunun dediyine bax isti su meni yandiracaqdi ozunun cani nece sirinmis bes o ana balanin heyatina ezabla son qoymagin seni heyatda rahat yasamaga qoyacaqmi ay qatil.

      Cavab yaz
  • Anonim
    User · 28 Yanvar 17:35120

    Aglin olaydi gelin xosuna gelmir cix get evine.Yenede gelini gunaglandirir.Bilirki olen onun sozlerini inkar ede bilmez.Hec men inanmiram gelin usagi ceksin.Cox gumanki gesden yere salib usagi oldurub.Sonrada gelini oldurub.Ozu deyir psixi problemleri var.Ozunde olmur.

    Cavab yaz
  • Anonim
    Oxucu · 28 Yanvar 18:02160

    Uşaq əlinizdən yerə düşməklə ölməz, yazıq gəlin də öldüyünə görə şahid yoxdur ki, desin elə olmayıb belə olub. Belə başa düşdüm ki, əvvəlcə uşaq ölüb, ana da havalanıb, körpəsi qucağında həyətdə qaçıb o yana bu yana. Bu anda bu murdar arvad özünü öldürmək əvəzinə, hələ bir gəlini şillələyib, onu günahkar çıxardıb, ardınca da vurub öldürüb. Gəlin səni çimizdirib, bu da sağolu! Sən duş görməmisən axı ay cahil, ona görə elə bilmisən ki boğulursan. Allah səni əbədiyyən Cəhənnəmdə saxlasın!

    Cavab yaz
    • Anonim
      Oxucu · 29 Yanvar 12:0330

      Bir də unutdum yazmağı, qəsdən adamöldürməyə görə, həm də iki nəfəri öldürənə niyə ömürlük həbs verilmir onu anlamıram. Bu sifət, bu arsızlıq ki bunda var, 18 ildən sonra turp kimi çıxacaq ordan, həm də heçnə olmamış kimi. Özü də cavandı, heç 46 yaşı yoxdu hələ, xəstəlik adıyla, özünü gicliyə qoymaqla çıxacaq həyatına davam edəcək. Bilmədən maşınla adam vurmayıb ki, qəsdən adam öldürüb, belələrinə ömürlük həbs verilməlidir.

      Cavab yaz
  • Anonim
    qonaq · 28 Yanvar 18:1600

    vehwer

    Cavab yaz
  • Anonim
    Tenqidci · 28 Yanvar 19:31115

    Ay xanimlar ne bilirsiz ki qaynana gunahkardi gelin günahsız. En coxu qohum alanda gelinler bele edir ozumden bilirem menim yaxinim qohuma getdi qaynana qaynatan saymır en pisi odurki dayısıdi qaynanatasi

    Cavab yaz
    • Anonim
      Oxucu · 29 Yanvar 12:0710

      Həə onda o qohum qaynataya de ki qohum gəlinini vurub öldürsün.

      Cavab yaz
  • Anonim
    mamuska · 29 Yanvar 02:5350

    oxuduqca dehsete geldim,bu qadin ozunu qanmaz kimi gostermek isteyir,yeni ki, bilmedim niye olduler,menim hec bir sucum yoxdur...2 neferin heyatini yarida qoyubsan,ele bu senin en boyuk sucundur.adam oldurenin birce adi var-qatil.o da sensen.seni nece buraxsinlar ki,sen artiq cemiyyet ucun qorxulu kabussan.sabah azadliqda olanda xosuna gelmeyeni vurub oldureceksen,adini da qoyacaqsan ki,agil xestesiyem,neylediyimi bilmedim. hele hakimin yerine men olsaydim,sene omurluk hebs qeti imkan tedbiri secerdim.18 il azdir sene...

    Cavab yaz
  • Anonim
    Gülka · 29 Yanvar 15:2000

    Artistlik eləmə ay adam. Etdiyini etmisən indi də cəzasız qalıb azadlığa çıxmaq istəyirsən? Çox olar səninçün. Öl acından orda, kafir...

    Cavab yaz
  • Anonim
    Rena · 29 Yanvar 16:1310

    Yalan danışır xəbərlərdə yazmışdılar gəlini öldürüb sonra da 6aylıq nəvəsini boğaraq öldürüb. Yəni ona 18il azdır belə. Axtarışa verəndə cinayəti haqqında tapa bilərsiniz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.