Ölkə

Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO

15 Oktyabr 2025 18:36
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Respublikasının Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.

Azərbaycan MN-dən Milli.Az-a verilən xəbərə görə, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.