Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satışı ilə bağlı bəzi funksiyaları məhdudlaşdırılır. Qanunsuz torpaq ayrımları ləğv edilir.
Milli.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, qəbul edilmiş qərar bələdiyyələrin qanunsuz torpaq ayrımı satışı ilə bağlı aktların ləğvini əhatə edir:
"Yəni, son illərdə bələdiyyələr tərəfindən yerli torpaq sahələrinin qanunsuz mülkiyyətə və ya icarəyə verilməsinə dair qərarlar inzibati nəzarət orqanı tərəfindən ləğv edilib. Müzakirə olunan məsələlər ilbəil aktuallaşır. Bələdiyyə torpaqlarından təyinatı üzrə və qanunvericiliyin tələblərinə uyğun şəkildə istifadə edilməsi ilə bağlı daha da sərt və ciddi şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq icra olunmasını şərtləndirən amillərdəndir. Yeni qərar bələdiyyələrin torpaq siyasətini daha aydın və konkret hüquqi çərçivəyə salmağa yönəlib. Paralel olaraq bələdiyyələri torpaqların satışı və idarə olunması ilə bağlı səlahiyyətləri dəqiqləşdirilib. Bu isə gələcəkdə qanunsuz halların qarşısı alınması deməkdir".
Ekspert həmçinin əlavə edib ki, bələdiyyələr torpaq satmaq üçün bir neçə qurumdan rəy almağa məcburdurlar.
Qeyd edək ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 hektar torpaq sahəsinin qanunsuz qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğvi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq təkliflər verilib və məhkəmələrə iddialar qaldırılıb. Nəticədə bələdiyyə tərəfindən ayrılmış torpaqlarla bağlı verilən qərar ləğv olunub.
Aysel Əkbər
Milli.Az





