Maraqlı

Geyindiyiniz paltarların rəngi şəxsiyyətinizi üzə çıxarır

14 Fevral 2026 00:37
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Psixoloqlar və stil mütəxəssislərinə görə, qarderobunuzda üstünlük təşkil edən rənglər xarakterinizin "güzgüsü" rolunu oynayır. Seçdiyiniz rənglər ətrafınızdakı insanlara sizin haqqınızda gizli mesajlar ötürür.

Milli.Az xəbər verir ki, qara rəngə üstünlük verənlər adətən nüfuza, gücə və zəkaya önəm verirlər. Bu rəng həm avtoriteti, həm də insanın öz sərhədlərini qorumaq istəyini təmsil edir. Qara geyinənlər çox vaxt ciddi, ambisiyalı, lakin hisslərini gizlətməyi sevən şəxslərdir.

Mavi sadiqliyin və özünəinamın simvoludur. Tünd mavi tonlarını seçənlər adətən sakit, etibarlı və nəzakətli insanlardır. İş müsahibələrində ən çox tövsiyə olunan rəng olan mavi, qarşı tərəfə "mənə etibar edə bilərsən" mesajını verir.

Qırmızı diqqət mərkəzində olmağı sevən, ekstravert (ünsiyyətcil) və enerjik insanların rəngidir. Bu rəngi geyinənlər adətən iddialı, hərəkətli və tez həyəcanlanan bir quruluşa malikdirlər. Qırmızı eyni zamanda cəsarəti və liderlik xüsusiyyətlərini vurğulayır.

rəngi tez-tez seçənlər; azadlığına düşkün, təmizliyi sevən və həyata nikbin baxan insanlardır. Bu şəxslər adətən yeni başlanğıclara açıq və təfərrüatçı (detalçı) bir xarakterə malik olurlar.

Yaşıl geyinməyi sevənlər adətən geniş sosial ətrafa sahib olmaq istəyən, nəzakətli və yumşaqqəlbli insanlardır. Bu rəng sabitliyi, böyüməni və emosional balansı təmsil edir. Yaşıl seçənlərin ətrafına hüzur verdiyi düşünülür.

Sarı rəng macəraçı və yaradıcı ruhların simvoludur. Bu rəngi seçənlər adətən pozitiv, gülərüz və öyrənməyə maraqlıdırlar. Lakin sarı, eyni zamanda diqqəti üzərinə çəkmək istəyən və müstəqilliyinə düşkün şəxslərin də tərcihidir.

Qəhvəyi tonlarını sevənlər; ayağı yerə möhkəm basan, dürüst və adət-ənənələrinə bağlı insanlardır. Bu şəxslər nümayişkaranəlikdən qaçır, sakitlik və sabitlik axtarırlar.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.