İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda "Oracle" korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı.
"Oracle" şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç "Oracle" akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulandı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
"Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)





