Uşaqlı ailələrə deputatdan sevindirici XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada uşaqlı ailələr üçün yeni dövlət dəstəyi mexanizmi, yəni illik ailə ödənişi tətbiq ediləcək. Layihə aztəminatlı ailələri əhatə edir və yalnız adambaşına düşən gəliri yaşayış minimumunun 1,5 mislini keçməyən ailələr bu dəstəkdən yararlana biləcək. Ödənişlər Rusiya Sosial Fondunun regional ofisləri tərəfindən həyata keçiriləcək, hesablamalar isə əvvəlki ilin ailə gəlirləri əsasında aparılacaq. Bildirilir ki, ödəniş hər bir valideyn üçün ayrıca müəyyən olunacaq və ailənin real maddi vəziyyəti əsas meyar olacaq.
Bəs bu cür illik ailə ödənişi mexanizminin Azərbaycanda da tətbiqi mümkündürmü?
Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan sosial dövlətdir və dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin ümumi payına görə dünya standartları ilə müqayisədə yüksək göstəricilərə malik ölkələrdən biridir:
"Hər bir dövlətin bu sahədə özünəməxsus mexanizmləri və alətləri mövcuddur. Azərbaycanda da məşğulluğun artırılması, gənc ailələr üçün ipoteka dəstəyi, aztəminatlı ailələrə sosial yardım kimi müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu baxımdan bəzi mexanizmlər Rusiya Federasiyasında tətbiq edilən modellərə yaxındır. Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı və ailəsi həmin dəstək alətlərindən yararlanır. Dövlət sosial dəstək siyasətini davam etdirir. Hər il pensiyalar indeksləşdirilir, maaşlar artırılır və bu prinsiplər gələcəkdə də tətbiq olunacaq. Ölkənin iqtisadi imkanları artdıqca sosial sahəyə ayrılan vəsaitin və dəstək mexanizmlərinin də genişləndirilməsi nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində və Rusiyada ailələrin qurulması və dəstəklənməsi ilə bağlı xüsusi proqramlar həyata keçirilir. Bunun əsas səbəbi həmin ölkələrdə demoqrafik vəziyyətin kritik həddə çatmasıdır. Ailə qurma və doğum səviyyəsi aşağı düşüb, gənclər ailə qurmağa və ya övlad sahibi olmağa maraq göstərmirlər. Bu problem xüsusilə Qərb ölkələrində geniş vüsət almağa başlayıb. Nəticədə dövlətlər ailə institutunu və doğum səviyyəsini stimullaşdırmaq üçün müxtəlif maliyyə və sosial dəstək proqramları tətbiq edirlər. Məsələn, Rusiyada doğum səviyyəsi dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Bu səbəbdən Rusiya Federasiyası ailələrə və xüsusilə uşaqlı ailələrə yönəlmiş bir sıra dəstək proqramları həyata keçirməyə başlayıb. Məqsəd ailə institutunu möhkəmləndirmək, doğumu təşviq etmək və dövlət dəstəyini artırmaqdır".
O deyib ki, Azərbaycan da bu istiqamətdə müəyyən proqramlar həyata keçirir:
"Uşaqların doğulduğu andan etibarən onların hərtərəfli inkişafına qədər dövlət nəzarəti və dəstəyi mexanizmlərini nəzərdə tutan qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib. Bu proqramlarda uşaqların sağlam, milli və ümumbəşəri dəyərlər əsasında böyüməsi, sosial müdafiəsi və rifahı əsas prioritet kimi müəyyən edilib. Bundan əlavə, ailələrin və uşaqların sosial müdafiəsi ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Bəzən vətəndaşlar bu imkanlar barədə kifayət qədər məlumatlı olmurlar. Halbuki ölkəmizdə ailələrə və uşaqlara yönəlmiş kifayət qədər dəstək mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda, dünya sürətlə dəyişir. Yeni texnologiyalar inkişaf edir, qlobal proseslər formalaşır və yeni çağırışlar meydana çıxır. Bu baxımdan qanunvericilik və sosial siyasət də dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Gələcəkdə də ailələrə və uşaqlara dəstəyin artırılması, sosial proqramların təkmilləşdirilməsi və yeni mexanizmlərin tətbiqi istiqamətində addımların atılması gözlənilir. Dövlət bu sahədə dəstəyini davamlı şəkildə inkişaf etdirmək niyyətindədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz – Mətbuat Şurasının sədri
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu





