Kriminal

Toyda DAVA: 2 nəfər həbs olundu

15 Oktyabr 2025 19:21
Baxış: 496
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balakəndə şadlıq sarayında dava olub.

Milli.Az xəbər verir ki, hadisə Kortala kəndindəki "Ruslan" şadlıq evində qeydə alınıb.

35 və 26 yaşlarında olan Kortala kənd sakinləri toyda sərxoş olaraq, bir-birlərinə nalayiq ifadələr işlədiblər. Daha sonra onlar arasında dava olub. Toya gələn digər qonaqlar dava iştirakçılarının ətrafına yığılaraq, onları ayırmağa çalışıblar. Bu zaman polis əməkdaşları hadisə yerinə gəliblər. Lakin kənd sakinləri dalaşanları ayrı-ayrılıqda avtomobillərə mindirərək, evlərinə apardıqları üçün onları polis şöbəsinə aparmaq mümkün olmayıb.

Səhər isə dava iştirakçıları şöbəyə çağırılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Balakən rayon Məhkəməsində ayrı-ayrı keçirilən iclaslarda toyda dalaşan 35 yaşlı şəxs barəsində 8, 26 yaşlı şəxs barəsində isə 10 gün müddətinə inzibati həbs cəzası verilib. (lent.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.