Kriminal

Rusiyada qətl törədib Azərbaycana qaçdı

20 Dekabr 2019 13:11
0 Şərh     Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Yaroslavl şəhərində azərbaycanlı bir nəfəri öldürəndən sonra qaçaraq Azərbaycanda gizlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı azərbaycanlı Braqino rayonuna gələrək qohumlarının yanında yaşayıb.

2015-ci ildə o mübahisə etdiyi tanışını tövlədə bıçaqlayaraq öldürüb.

Daha sonra isə həmin şəxs qaçaraq Azərbaycanda gizlənib.

Sonradan Azərbaycanda tapılan şəxsə qarşı açılan cinayət işi materialları Yaroslavl vilayət prokurorunun tələbi ilə Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayəti törədən azərbaycanlı 17 il azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.