İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gömrükçülər qanunsuz yolla ölkə ərazisinə narkotik vasitələrin, psixotrop maddələrin və dərman preparatlarının keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "İveco Ford" markalı yük avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı o üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı onun üzərində olan qara rəngli gödəkçənin hər iki cibindən, gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd "Tramadol 100" həbləri aşkar edilib.
Daha sonra avtomobilə "Maylo" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı isə xidməti it avtomobilin kabina olan hissəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Yoxlama zamanı avtomobilin kabinindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 7 ədəd müxtəlif ölçülü plastik qablarda, ümumi çəkisi 2532 qram olan narkotik vasitə - heroin, 3144 qram narkotik vasitə - tiryək, 373 qram psixotrop maddə - metamfetamin, 30 ədəd FM 40 nişanəsi olan metadon adlı həb və 0,575 litrlik qabda metadon məhlulu aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə Azərbaycan Respublikasında "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
XƏBƏR LENTİ
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)





