Kriminal

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı - YENİLƏNİB

17 Oktyabr 2019 12:48
14 Şərh     Baxış: 8 780

12:48

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktla bağlı Bakı şəhəri Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) maddə ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

----------
09:33

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Men · 17 Oktyabr 09:59230

    Ay Allahım oxuyarken agzımda dilimi zorla saxladım vay vay ne pis qeddarlıq

    Cavab yaz
  • Anonim
    Uzaq · 17 Oktyabr 10:13240

    Görəsən ciddi bir tədbir görülməsi üçün daha nəyi gözləyirlər?Neçənci qadın ölümündən sonra hərəkətə keçiləcək? Ardı arası kəsilməyəcək kimi görünür qadın (və mənəvi olaraq öldürülən uşaq)cinayətlərinin.

    Cavab yaz
  • Anonim
    Zeyno · 17 Oktyabr 10:30230

    Niyə kişilər gücünü qadın üstündə göstərir?!!kişisən get Qarabağda döyüş,erməni öldür də ay şərəfsiz qadına gücün çatar ancag sənin və səni kimi şərəfsizlərin..Qadına şiddət göstərən,incidən,ağladan,öldürən,xəyanət edən kişilərin Allah min qat bəlasını versin.Səhərə sağ cixmasinlar!ölməkdən betər etsin Allah onları!İnshallah!

    Cavab yaz
  • Anonim
    S R · 17 Oktyabr 11:00150

    Nə qədərki ölümə-ölüm cavabı olmayacaq belə hadisələr hələ çox olacaq.

    Cavab yaz
  • Anonim
    Oxucu · 17 Oktyabr 11:56170

    İndi buyurun yazın ki 85 yaşlı qoca arvadı "namus üstündə" öldürdü. Arvadı, qaynanası hələ öz doğma qohumlarıdır bu bədbəxtin. Vallah mən hər cür qəddarlığın əleyhinəyəm, amma belə qatilləri özü nə edibsə eyni qaydada cəzalandırmaq lazımdır. Diri-diri üstünə benzin töküb yandırmaq, vəssalam!

    Cavab yaz
    • Anonim
      "-----" · 17 Oktyabr 13:2436

      O diri-diri yandlrmıb ki oldurub yandırıb

      Cavab yaz
      • Anonim
        Oxucu · 17 Oktyabr 14:2820

        Bilirdim ki, bu sözə şərh gələcək. Doğrudur, yazılanlara görə öldürəndən sonra yandırıb. Amma cəsədlə belə davranış da çox amansız hərəkətdir, İslam dini məsləhət olsaydı ölünün yandırılmasını buyurardı, yuyulub kəfənlənib dəfn edilməsini yox. Hətta çimizdirilməmiş dəfni məqbul saymırsa, deməli insanın ölüsü də alidir, müqəddəsdir. Elə isə insanı öldürmək, cəsədi də yandırmaq insanlığa sığırmı? Qatili öldürmək ona cəza deyil, yaşayaraq yanıb öləcəyini bilməsi cəza olardı, o mənada.

        Cavab yaz
  • Anonim
    Tovuzlu E · 17 Oktyabr 12:5840

    Daha ne qeder qadin oldurulmelidir ki qanunu sertlesdirsinler Bu alcaq neyi esas getirecek heyat yoldasini, qaynanasini oldurmekcun

    Cavab yaz
  • Anonim
    Men · 17 Oktyabr 14:0122

    Buların çoxu kasıblıqdandı Çox bahaçılıqdı amma bolluqdu Çox aile başçılarıda qazana bilmir hem komunal hem erzaq hem uşaqların problemi her gün dedi qodu axırıda gelib çıxır bax bele hadiselere

    Cavab yaz
    • Anonim
      Əlavə · 17 Oktyabr 14:2250

      Sözünüzdə həqiqət də var, amma belə hərəkəti imkanlı şəxs etsə, onda da deyəcəyik qudurğanlıqdan, harınlıqdandı.

      Cavab yaz
    • Anonim
      Oxucu · 17 Oktyabr 15:0721

      Bütün insanların (yəni varlının da, kasıbın da) nəfsi, səbri, imanı daim sınağa çəkilir, insan günah işlətməyə təhrik olunur. Bu edən Şeytan qiyamət gününə qədər Allahdan möhlət istəyib və alıb. Yəni, bu həyat bitənə qədər insan sınağa çəkiləcək. Gərək iradən, imanın güclü olsun ki, Şeytana yenilməyəsən. İstər işsiz ol, istər varlı ol.

      Cavab yaz
  • Anonim
    Dəniz · 17 Oktyabr 15:5630

    İnsanın olduğu bütün baş vermiş hadisələrin əsasında insanın necə psixoloji ruh halına sahib olması dayanır. Nə zamana kimi özünü zəif və əskik görən, özgüvənsiz ,həyatda özünü tapmaqda çətinlik çəkən insanlar çox olacaqsa ,bu və daha artıq hadisələr istəməsək də yaşanmaqda davam edəcək .

    Cavab yaz
  • Anonim
    asi · 17 Oktyabr 19:4610

    Dünənki ekspertin fikri ilə yanaşsaq indi bu hadisə insan ölümü sayılır??. . Axı insan ölümü ilə uzlaşmır, sırf qadın ölümüdür ...O şərəfsiz insan yox, qadın öldürmək məqsədi ilə qətl törədib..Yəni o cür nakişilərin gözündə qadın insan yox, həşəratdır..Son zamanlar milçək, ağcaqanad öldürürmüşlər kimi öldürürlər qadınları...

    Cavab yaz
  • Anonim
    əsl kişi · 18 Oktyabr 09:4620

    bəzi kişilər öz həyat yoldaşlarından pul istəyirlər deməli qadın buna həm pul verməlidi həm də bu kişiyə həyat yoldaşı olmalıdı çox ağıla gəlməyən şeylər var çox qadınlar çəkinir deməyə əsl səbəbi əslində deyib biabır etməlidirlər...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.