Qadınlar niyə amansızlıqla qətlə yetirilir? - Psixoloq izah edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir neçə gün ərzində iki qadın həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb. Biri 20 bıçaq zərbəsi, digəri isə 18 bıçaq zərbəsinin qurbanı olub. Bəs qadınların belə amansızlıqla qətlə yetirilməsinin səbəbi nədir? İnsanları bu qədər qəddarlığa sövq edən nədir?
Nikahdan əvvəl aparılan yoxlamalar içərisində psixoloji müayinələr yoxdur, yoxsa insanlar bu məqama səhlənkar yanaşır?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan psixoloq Xudaverdi Məmmədov deyir ki, psixatrik və kəskin psixoloji problemləri olan insanların ailə həyatı qurması doğru deyil.
Onun sözlərinə görə, nikahdan əvvəl cütlüklərin tibbi müayinədən keçməsi ilə bağlı qərar təqdirəlayiq olsa da, müəyyən boşluqlar var:
"Bu qanun alqışalayiqdir. Amma təəssüf ki, qanunda psixoloji və psixatrik müayinələrlə bağlı bir qədər boşluqlar var. Nikaha girən cütlüklər üçün fiziki sağlamlıqla bərabər, psixoloji sağlamlıq da önəmlidir.
Heç kim ətrafdakı insanın hansı psixoloji durumda olduğunu bilə bilməz. Sürücülük vəsiqəsi, işə qəbul zamanı psixoloji durumla bağlı sağlamlıq kağızı tələb edilir, bu məqamda da bu nüansa diqqət yetirilməlidir. Zənnimcə, nikaha girən insanların da bu istiqamətdə səhlənkarlıqları olur. Bunun nəticəsidir ki, ailə münaqişəsi zəminində baş verən hər hansı problemin yükünü daşıya bilməyən tərəf cinayət törədir. Digər tərəf isə bu cinayətin qurbanı olur".
Psixoloq qadınların, qızların amansızca qətlə yetirilməsini mentalitetlə əlaqələndirir:
"Təəssüf ki, bizim cəmiyyətdə mental düşüncələri dəyişmək çətindir. İnsanlar bəzən sorğu-sual etmədən baş verən hadisədə qadını günahkar bilirlər. Əgər bir qadının, qızın başına hər hansı bədbəxt hadisə gəlirsə, hər kəs düşünür ki, buna səbəb olacaq şərait yaradıb.
Qətl psxioloji cəhətdən zəif insanlar tərəfindən törədilir, xüsusi amansızlıqla törədilən cinayətlərdə isə insanların öz həyatlarında yaşadıqları travmatik məqamların təsiri böyükdür. Bu yalnızca ailə həyatı ilə və ya öldürülən qadınla bağlı olmaya da bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA
-
Nailə İslamzadənin oğlu ilə maraqlı rəqsi - (Video)
-
ABŞ-də 29 yaşlı teleulduz güllələnərək öldürüldü - (Foto)
-
Prezident İlham Əliyev: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır
-
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
-
Məktəbli forması məsələsi niyə siyasiləşdirilir?
-
Prezident İlham Əliyev: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib
-
“Məktəbdən kənar seçimlə məktəbin qaydaları fərqlidir”
-
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
-
Ərindən uşaq üçün yemək pulu istədi, sonra onu bıçaqladı
-
Ueyn Runi Ronaldunu sərt tənqid etdi
-
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
-
ÇL: Bu gün daha 9 oyun var
-
Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir
-
Ertem Şenerdən Azərbaycana böyük dəstək: "Pulla qarşılığı yoxdur” - (Video)
-
Türkiyədə məşhur telekanalın yayımı dayandırıldı - Saxlanılanlar var
-
Ordumuzun ilk qadın snayperi vəfat etdi - (Foto)
-
Roma Papasının ağciyərində xərçəng aşkarlandı
-
Nişanını qaytaran Nigar Tofiqdən diqqət çəkən sözlər - (Video)
-
Bu ərazilərdə qaz olmayacaq
-
Azərbaycan UEFA reytinqində irəlilədi





