Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur".
Milli.Az xəbər verir ki, bu, Media və Yayım Şurasının yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.
Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Bu tarixdən bank köçürmələri ucuzlaşacaq - Mərkəzi Bankdan qərar
-
Kənd yumurtası alanlara pis xəbər
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Bu tarixdən bank köçürmələri ucuzlaşacaq - Mərkəzi Bankdan qərar
-
Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər - Kamaləddin Qafarov
-
Kənd yumurtası alanlara pis xəbər
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA
-
Nailə İslamzadənin oğlu ilə maraqlı rəqsi - (Video)
-
ABŞ-də 29 yaşlı teleulduz güllələnərək öldürüldü - (Foto)
-
Prezident İlham Əliyev: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır
-
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
-
Məktəbli forması məsələsi niyə siyasiləşdirilir?
-
Prezident İlham Əliyev: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib
-
“Məktəbdən kənar seçimlə məktəbin qaydaları fərqlidir”
-
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
-
Ərindən uşaq üçün yemək pulu istədi, sonra onu bıçaqladı
-
Ueyn Runi Ronaldunu sərt tənqid etdi
-
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
-
ÇL: Bu gün daha 9 oyun var





