Cəmiyyət

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir

14 Oktyabr 2026 10:13
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumda Azərbaycanın və Laosun dövlət qurumlarının, eləcə də biznes dairələrinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur.

Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov, Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay, eləcə də hər iki ölkənin biznes qurumlarının nümayəndələrinin çıxışı nəzərdə tutulur.

Tədbir zamanı Azərbaycan və Laosun investisiya imkanlarına dair təqdimatlar keçirilir, həmçinin işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər təşkil olunur.

Xəbər yenilənəcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.