İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. Amma o, məhkəmədə pulunu tələb etmədiyini deyib.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində sabiq məktəb direktoru Ərşad Piriyev ifadə verib. Məlum olub ki, 70 yaşlı Ərşad Piriyevi aldadan şəxs Hətəmxan Çobanov olub.
Ərşad Piriyev ifadəsində bildirib ki, Çobanov onun oğlu ilə dost olub və tanışlıq da buradan yaranıb: "Tanışlığımız var idi, oğlumla dost idi deyə inandım. Bir gün mənim məktəb direktorluğundan çıxdığımı bildi. Öz aramızda söhbət edirdik. Dedi ki, bu işi həll etməyə adam var. Mən işlədiyim məktəbdən bir müddət idi ayrılmışdım. Amma mənim yerimə təyinat yox idi. Fikirləşdim ki, yer boşdursa, özüm gedim".
Hakim zərərçəkmişə deyib ki, 70 yaşında yenidən məktəb direktoru olmaq üçün niyə bu qədər cəhd edib: "Siz kifayət qədər işləmisiniz. İmkan verin ki, gənclər qabağa getsin. Hələ bunun üçün kiməsə pul da verirsiniz".
Ərşad Piriyev hakimin sualına belə cavab verib: "Mənim yaşıdlarım işləyir. Düşündüm ki, mən də işləməyə davam edim".
Suallara cavab verməyə davam edən Ərşad Piriyev pulunu tələb etdiyini deyib. Hakimlər heyətindən Azad Məcidov xatırladıb ki, Ərşad Piriyevin özü də rüşvət verdiyinə görə məsuliyyət daşıyır. Hakim Ərşad Piriyevin əməlinə də hüquqi qiymət verilməsini istəyib.
Dövlət ittihamçısı məhkəmənin yekununda bununla bağlı qərar verilməsini təklif edib. Bu təkliflərdən sonra Ərşad Piriyev ona dəymiş zərərin ödənilməsini istəməyib. Deyib ki, pulun ödənilməsini istəmir. O, məhkəməyə Hətəmxan Çobanovdan şikayət və tələbinin olmaması ilə bağlı ərizə təqdim etmək istədiyini deyib.
Hakim Samir Əliyev ərizənin qəbul ediləcəyini deyib və sabiq direktora daha bir sual verib: "10 min manat verib işə düzəlmək istəyirsiniz. Siz axı nə qədər maaş alacaqsınız ki, bu addımı atırsınız?"
Ərşad Piriyev deyib ki, direktor olduğu müddətdə 500 manat maaş alırmış. O, yaşa görə təqaüd aldığını da deyib və bununla yaxşı dolandığını söyləyib.
Qeyd edək ki, yuxarıda adı çəkilən 3 nəfər təqsirləndirilən şəxsin əməllərindən zərər çəkən şəxslər arasında Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov da var. Onlar özlərini vəzifəli şəxs kimi təqdim edərək baş həkimə hədə qorxu gələrək 150 min manata yaxın pulunu ələ keçiriblər. Təqsirləndirilən şəxslər özlərini general, DTX-nın vəzifəli şəxsi, Prezident Administrasiyası vəzifəli şəxsləri kimi təqdim ediblər. Məhkəmə zalında Mübariz Zeynalov da iştirak edib.
Məhkəmədə 70 yaşlı Ərşad Piriyevdən onu aldadan şəxsi bağışlamasının səbəbi soruşulub. Ərşad Piriyev baş həkimi göstərərək "o kişiyə baxanda qapıdan çıxıb getmək istəyirəm. Onun başına nə oyun açıblar..." deyərək gülümsəyib.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Rövşən Əliyev daha əvvəl də məhkumluq həyatı yaşayıb. O zaman da dələduzluğa görə tutulubmuş. Hətəmxan Çobanov da dələduzluq etdiyi üçün ömrünün bir hissini həbsxanada keçirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı





