Kriminal

Bakıda azyaşlı oğlana təcavüz edildi - MƏHKƏMƏ

20 Sentyabr 2019 14:14
0 Şərh     Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ehtibar Rza-zadə adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı oğlan - M.Ə-yə (ad, soy ad şərtidir) təcavüz edib. 

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan E.Rza-zadə barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işinin ibtidia istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, E.Rza-zadənin cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.