Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ilin yanvar - iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir





