İtkin uşaqlar Bərdədə tapıldı - Qaraçı qadın oğurlayıbmış - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:01
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.
Milli.Az xəbər verir ki, bu barədə Unikal.org-a uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tanımadığı qadın oğurlayıb: "O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir".
----------
13:35
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.
Milli.Az bildirir ki, Unikal.org-a açıqlama verən uşaqların anası Çiçək Aslanova övladlarının oğurlandığını bildirib:
"Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi.Dedi ki, Bərdə rayonundanam.Həyat yoldaşım rəhmətə gedəndən sonra qardaşlarım məndən imtina edib.Yemək verdim.Dedim arada gəlin evimdə çimin.Bunu gətirdim evimə yemək verdim.Axşam yatdıq.Səhər oyananda gördüm həmin qadının övladı yatır.Ürəyim gəlmədi oyadım.Sonra qadına dedim ki, mən işə gedirəm, axşam gələcəm. Ona dedim ki, övladı oyananda yemək yeyib çıxıb gedərlər.Sonra mən işlədiyim kafeyə getdim.Sonra narahat olduğum üçün yaxında qalan tanışıma dedim ki, gedib evimə baxsın. Həmin tanışım evimə gedəndən sonra dedi ki, həmin qadın kirayə qaldığım evdən uşaqlarımı oğurlayıb.Onun uşaqlarımı necə aparması kameralara düşüb. Polisdə həmin görüntülər var.Araşdırma aparılır."
---------
11:44
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.
Milli.Az APA-ya istinadlən xəbər verir ki, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.
Hadisə baş verən vaxt uşaqların anası işdə olub.
Faktla bağlı Binəqədi rayon 43-cü polis bölməsinə müraciət olunub.
Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxılıb
-
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
XƏBƏR LENTİ
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"
-
Alen Simonyan deputat mandatından imtina etdi
-
Naranın qarğışı tutdu: İkardi sevgilisindən ayrıldı - (Foto)
-
Bağçalara elektron qəbula başlanılır
-
Tramp 1000 nəfərlə Türkiyəyə gəlir: Limuzinini, helikopterini də gətirəcək
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Bakının mərkəzində 2 yol bağlanacaq
-
Nazilə Səfərli evində filippinli qadın işlədir
-
“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - (Video)
-
DÇ-2026: Avropa təmsilçiləri meydana çıxacaq
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)





