Oğurluq edirdilər, iş başında tutuldular - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabunçu rayonunda oğurluq edən şəxslər iş başında yaxalandı.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən həyəcan siqnalı daxil olub. Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən
"Moskviç-21406" markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb.
Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədi ilə daxil olduqlarını etiraf ediblər. Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdiikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fətdahov da məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxslər ifadələrində "İnstagram" sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır





