Kriminal

Rayondan qayıtdı, hamamda yad kişi tutdu, sonra arvadının... - Azərbaycanda ŞOK OLAY

23 İyun 2019 13:07
30 Şərh     Baxış: 42 673

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mövlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə Samux rayonuna gedib.

Daha sonra Mövlan Samux rayonunda qayınatasına məxsus avtomaşını başqa bir avtomobillə dəyişib və həmin gün yaşadığı evə qayıdıb. Evin həyətinə daxil olanda həyat yoldaşı Nübar Əliyeva həyəcanlı halda qarşısını kəsərək onu həyətdəki istilikxanaya aparmaq istəyib.

Qısqanclıq

Həmin vaxt Mövlan Məmmədov qəflətən arxaya baxıb və bu zaman qonşusu Eynur Xəlilovun əlində qarpız hamamdan çıxdığını görüb. Mövlan Məmmədov arvadının Eynurla gizli görüşməsindən şübhələnib. Bu səbəbdən Mövlan Məmmədov Gəncə şəhərində yerləşən "Azərcell" mobil operatorunun ofisinə müraciət edib və yoldaşının işlətdiyi mobil nömrədən gedən zənglərin və SMS-lərin çıxarışını alıb.

Təhdid dolu SMS-lər

Həmin zənglərə və SMS-lərə baxan zaman avqustun 12-də, saat 22.15-də Eynur Xəlilova məxsus mobil nömrəyə SMS getdiyini görüb. O, Eynur ilə arvadı Nübar Əliyeva arasında yaxın münasibətin mövcudluğuna əmin olub. Bu səbəbdən Mövlan Məmmədov Eynur Xəlilovu q öldürmək qərarına gəlib. Mövlan Məmmədov Eynur Xəlilova zəng edərək telefonda "səni yaşatmayacağam", - deyib və sonra atası Fərrux Məmmədova məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən evə gəlib.

Əlbəyaxa dava

O, Eynur Xəlilovu hədələməsi barədə onun valideynlərinə məlumat verib. Sonra məsələni aydınlaşdırmaq məqsədilə öncə Eynur Xəlilovun atası Bəhlul, arxasınca isə anası Ziyafət Xəlilova onlara gəlib. Hər iki ailə arasında qarşılıqlı mübahisə yaranıb. Səs-küyə küçəyə çıxan Eynur Xəlilov Mövlan Məmmədovun əlində bıçaq orada olduğunu görüb. Eynur Mövlan Məmmədova yaxınlaşıb və onların arasında əlbəyaxa dava baş verib.

Bu zaman Mövlan Məmmədov özündə olan bıçaqla Eynur Xəlilova ardıcıl olaraq 4 zərbə vurub. Eynur Xəlilov özünü müdafiə edib, sonra Könül Əliyev, Nəhayət Şahverdiyeva və Kifayət Hüseynova onları aralayıb.

İki maddəli cinayət işi

Eynur Xəlilova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Mövlan Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Mövlan Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

"Öldürmək niyyətim olmayıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mövlan Məmmədov bildirib ki, Eynuru sözlə hədələsə də, onu öldürmək niyyəti olmayıb: "Eynuru öldürmək üçün mənə heç bir şey mane olmayıb. Eynur bizim evimizdə anama, daha sonra mənə hücum edərək vurduğu üçün məcburiyyət qarşısında qalaraq bıçaqla onu vurmuşam. Etdiyim əməldən peşmanam, zərərçəkmiş tərəflə barışmışam, iki azyaşlı uşağımın olmasını nəzərə alınmasını xahiş edirəm".

"Məndən əl çəkməsini tələb etdim"

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eynur Xəlilov bildirib ki, noyabrın 9-da, saat 14-də Şəmkir rayonu Qapanlı kəndində Zakir adlı şəxsin həyətində xurma qablaşdırarkən tanımadığı nömrədən bir nəfər qadın ona zəng edib və kim olduğunu soruşub: "Bəhlulun oğlu Eynur olduğumu dedim. Bu zaman zəng edən qadın dedi ki, Mövlanın bacısı Nəhayətəm, gəlirəm səni döyməyə. Nəhayətdən məndən əl çəkməsini tələb etdim. Bundan sonra yaşadığım evə getdim. Atam Bəhlula və anam Ziyafətə Nəhayətin zəng edərək mənə dediklərini danışdım. Atam sözümü ciddiyə almadı. Bildirdi ki, yəqin kimsə səninlə zarafat edir, get, işinlə məşğul ol".

"Anama xəsarət yetirdiyini düşündüm"

Eynur Xəlilov qeyd edib ki, nahar etdikdən sonra təkrar Zakirin yaşadığı evə gedib: "Orada olarkən Mövlan zəng edərək "gəlirəm, səni yaşatmayacam", - dedi. Mövlana "nə istəyirsən məndən, əl çək", - söylədim. Mövlan mənə başqa bir söz deməyib telefonu söndürdü. Təkrar evə qayıdaraq atam və anama Mövlanın mənə zəng edərək işlətdiyi cümləni dedim. Bu sözümdən sonra atam Mövlangilə getdi".

"Səsə küçəyə çıxdım"

Eynur Xəlilov bildirib ki, bundan sonra Mövlangilin həyətindən danışıq səsləri gəlməyə başlayıb: "Səsə küçəyə çıxdım. Bu zaman anam Ziyafətin əli ilə üzünü tutduğunu gördüm. Kiminsə anamın üz nahiyəsindən vuraraq xəsarət yetirdiyini düşündüm".

Eynur Xəlilovun sözlərinə görə, həmin vaxt Mövlanın əlində bıçaq atasına tərəf gəldiyini görüb: "Ona görə də Mövlana tərəf getdim, ona çatanda bacısı və qardaşı atamı buraxaraq üzərimə gəldilər. Mövlan isə əlindəki bıçaqla kürək nahiyəmdən və döş qəfəsimdən vurdu. Nəhayət isə məni Mövlandan aralayaraq yerə yıxdı. Nəhayət bədənimdən qan axdığını gördü və qorxaraq "Ay Allah, Mövlan Eynuru bıçaqlayıb", - dedi. Bu zaman onların hamısı qaçaraq həyətə girdilər".

Zərərçəkmiş ifadəsinin sonunda valideynləri tərəfindən xəstəxanaya çatdırılmasından, vaxtında tibbi yardım göstərildiyi üçün həyatının xilas edilməsindən, həmçinin Mövlan Məmmədovun həyat yoldaşı ilə münasibətinin olmamasından danışıb.

8 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlan Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mövlan Məmmədov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab olunmasını istəyib.

Mövlan Məmmədovun şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Mövlan Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Sonda hakim kollegiyası Mövlan Məmmədovun apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bu qərardan narazı qalan Mövlan Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu günlərdə açıqlanan qərara görə, Mövlan Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.

Milli.Az 

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    El qizi · 23 İyun 13:2675

    Berekallah bizim ev xanimlarimiza namus qeyret qicqirib qulaqlarimizdan tokulur sonumuz eladi

    Cavab yaz
    • Anonim
      f · 24 İyun 09:5506

      qadin islese basi qarisar xeyanet aglinada gelmez

      Cavab yaz
      • Anonim
        Weird · 24 İyun 10:3310

        Ne dexli var ki, o qeder ishlemeyib evde ailesi ile meshgul olan namuslu qadinlar var ki....

        Cavab yaz
  • Anonim
    Murad · 23 İyun 13:40102

    Gerek vurlani tutardilar eslinde.Vuranin gunahi yoxdu

    Cavab yaz
  • Anonim
    l · 23 İyun 13:46103

    uzr isteyirem bu bezi evli qadinlara son vaxtlar ne olub getdikce de artir bele hadiseler ölün de ele

    Cavab yaz
  • Anonim
    Çayxor · 23 İyun 13:49142

    Yere girmirlerde bele reziller?yad kişinin qonşu hamamında ne işi var,onun qeyreti olsa,evin kişisi olmayan qapıya ayaq qoymaz.bu lap hamamdan çıxır.ölüm olsun qadın adını bele deyersiz edib,ucuzlaşdıran arvadcığlara....

    Cavab yaz
  • Anonim
    elvo · 23 İyun 14:0422

    Bir çox qızlar evləndikdən sonra ərləri işə gedəndən sonra.ya başqasını evinə çağrır ya da gizlin görüşür.belə gəlinlər.günahı ərindən gizlətməlidir.Allahdan bağışlanma diləməli sonrada ona tövbə etməlidir.gəlinlər Allaha tövbə edəndən sonra.haram olunmuş şeylərə qayıtmamalıdır.əgər qayıtsa etdiyi tövbə pozulacaq.insanların boyük günah və kiçik günah olmasına baxmayaraq.insanın ruhu bədəndən çıxana qədər.Allah hər kəsi tövbə etməyə çağrır.Allah tövbə edənləri sevir

    Cavab yaz
  • Anonim
    elvo · 23 İyun 14:06112

    Əllərinizi qaldırın yuxarı.Allahdan bağışlanma və ona tövbə edin.Quran oxuyub.Allahı yada salın.ondan qorxun.

    Cavab yaz
  • Anonim
    elvo · 23 İyun 14:07134

    Allah hər müsəlman qardaşlara xeyirli zövcə versin

    Cavab yaz
  • Anonim
    elvo · 23 İyun 14:1334

    Qadın ərinin sözünə qulaq asmalıdır.qadın ərinin içazəsi olmadan evdən çıxmamalı.evə heç kimi qoymamalı.ərdə öz gəlinini qorumalıdır.ona yaxşı baxmalıdır

    Cavab yaz
    • Anonim
      elvo ya · 23 İyun 19:2953

      Harda yazilib senin yazdiqlarin ?Qadin sexsiyetdir ve azadir kimdense icaze almali deyil, ve almamalidir !!! Günde bir din adina çakma qanunlar yazma !!! Hemise öz adinan danis ve yaz !!!

      Cavab yaz
  • Anonim
    elvo · 23 İyun 14:5631

    Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Uca Allah insanları günahlardan tövbə etməyə çağıraraq buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55).

    Cavab yaz
    • Anonim
      Vaqif · 23 İyun 15:2323

      Kiwileri qinayirlar sora

      Cavab yaz
  • Anonim
    ALEKS❤ · 23 İyun 15:4952

    Çox acılı hadisədi...bədbəxt indi get zindanda 8il çürü,arvadda burda öz keyfində...heç dəyərmi?tutmuşdun ya yerində məsələni tam həll ütməliydin yadakı lənət şeytana deyib xatadan qadın fəsadından uzaq salamat olmaq üçün arvadının ata anaslnı çağırıb zibilinizə yiyə durun deyəydi....sonrası da kişi deyilsənmi gedib onnanda gözəlini namuslusunu alardın..nəinki içəridə 8 il çürümək...əlində telefon faktları,göz şahidin ola ola niyə ağılnan hərəkət etmirdin?indiki zamanın tələbilə əlini qana batırmazdın.düşünürəmki olanlardan sonra sənin cəmiyyət içərisində hörmətin olmuyacaq və cəzan qurtarandan sonra da evliliyiniz baş tutası deyil...xeyirlisi ALLAHDAN diləyi ilə ALEKS@

    Cavab yaz
  • Anonim
    asi · 23 İyun 16:0640

    Hər şeyi başa düşdüm və qadını qınayıram..Amma anlamadığım bir şey var..Kiminsə mobil zəng və smslərinin çıxarışı şəxsin icazəsi olmadan niyə verilir??..Bu hansı qanunda yazılıb??..Arvad lap əxlaqsızdır, amma niyə məxfilik deyilən şey qanunla qorunmur??..Belə çıxır ki, ər və arvad nə vaxt istəsələr gedib kimin kimlə danışdığını bilə bilər...

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 17:3521

      Asi Xanım yeqin nömre kişinin adına olub yoxsa qetiyetle cıxara bilmezdler .Amma qadının Nomresi .Yoldaşının adına olub ona gore de Asanlıqla cıxara bilib .Yoxsa Mexfilik oz yerindedi ....

      Cavab yaz
    • Anonim
      Ira · 23 İyun 17:5110

      Xeyir nomre kimin adina olursa onda cixartmaga icaze var.nomresi yoldasinin adina olub ona gore

      Cavab yaz
    • Anonim
      Nihat · 23 İyun 17:5510

      Yəqin qadının istifadə etdiyi mobil nömrə kişinin öz adına olub.

      Cavab yaz
    • Anonim
      Castel · 27 İyun 09:5300

      Basha dusmurem sizi onda evli iseniz niye erinizin telefonuna gizliden baxirsaniz ? Diyebilersiniz onsuzda diyeceqsiniz biz baxmırıq :D gülürem burdan. Yaxsı qadın olsan gunahın yoxsa niyede vermesinler arvadının danısıqlarını. Sızın ucun problem nediki zibilin üstünü otrmeq gizletmeq isteyirseniz...

      Cavab yaz
  • Anonim
    kohne adam · 23 İyun 17:2712

    Her seyin gunahi o qadindir.bedbext er SMSden her seyi bilib...

    Cavab yaz
  • Anonim
    Papatya · 23 İyun 19:0363

    Bu meselede en məsum teref qarpizdi. Adi bele islerde hallanmasin zehmet olmasa:)

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 19:0841

      Papatya Xanım en Böyük günah .Qarpızdadı ne gezirdi hamamda )))

      Cavab yaz
      • Anonim
        Papatya · 23 İyun 19:1531

        Baci meyvelerin bahaligindan camaat almirdi. Qarpizin adina soz cixarirlar indi. Mence meyvecilerin, bostançilara qarşi bir telesidi. Aldanmayaq:))

        Cavab yaz
  • Anonim
    Seva... · 23 İyun 19:4043

    Yenede ölmeli arvaddi,gudazina kiwi getdi. Neynesin bu bedbext kiwiler. Arvadi cibine qoyub herlesin ya ayagina ip baglasin?

    Cavab yaz
    • Anonim
      g · 24 İyun 09:5502

      o kiwide olmeli idi

      Cavab yaz
  • Anonim
    MiruMir · 23 İyun 20:3713

    Yaziq kiwi, 2 axmagin zibiline duwdu ...

    Cavab yaz
  • Anonim
    sds_gulum · 24 İyun 09:5013

    Hem suclu hem guclu vurulan insan. Namus uste 8 il yat Eynur bu 8 il arvadinla kef ele. xeyaneti gordun bosa getsin sene ele arvad lazim deyil

    Cavab yaz
  • Anonim
    Mübariz · 24 İyun 11:3402

    Bu nə qanundu axi.Niyə, --o iki şərəfsizlər azadlıqda qalıb istədiklərini edəcəklər.Bu yazıq istədi namusunu qoruya azadlığından oldu.O səbəbkarlara da cəza verilməli idi.Az da olsa

    Cavab yaz
  • Anonim
    Oxucu · 24 İyun 12:1621

    Əziz şərhçilər, ümumiyyətlə xəbəri oxuyub sonra şərh yazırsız, yoxsa elə başlığı görən kimi şərhə hücum çəkilir? burada xəyanət olmayıb, yanlış anlaşılma olub. Oğlanın telefonuna tanımadığı nömrədən zəng edən də qonşu oğlanın bacısı olub. Xəyanətin olmadığına sübut isə vuranın öz etirafıdı: "Etdiyim əməldən peşmanam, zərərçəkmiş tərəflə barışmışam, iki azyaşlı uşağımın olmasını nəzərə alınmasını xahiş edirəm".

    Cavab yaz
  • Anonim
    Hasan · 25 İyun 06:2000

    8il kefdediler .Vuranda gerek mohkem vuraydi .indi ne xeyri ozu iceride arvad colde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.