Kriminal

Kürəkəninin üzünü "kislota" ilə yandıran qayınana ruhi-əsəb dispanserinə yerləşdirildi

7 Sentyabr 2018 22:47
2 Şərh     Baxış: 5 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu Rayon Məhkəməsində kürəkəninin üzünü "kislota" ilə yandıran qadının ruhi dispanserə yerləşdirilməsi ilə bağlı məhkəmə baxışı olub.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən məhkəmə prosesində cinayət məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən Əsədova Kəmalə Kamil qızının 1 saylı ruhi-əsəb dispanserində müalicə alması barədə qərar qəbul edilib. 

Belə ki, bu ilin aprel ayında Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya yerləşdiilən Tərlanın vəziyyəti olduqca ağır kimi qiymətləndirilir. Zərərçəkənin anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.

Tərlan, hadisə barədə ancaq bunları söyləyə bilib: "2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istəyib".

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.