Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübə zamanı sperma keyfiyyətinin azaldığı, hormonal balansın pozulduğu və xayalarda toxuma zədələnməsi müşahidə olunub.
Alimlər qeyd edir ki, istifadə olunan doza real həyatda insanın qəbul edəcəyindən çox olub. Amma bu, məsələni kiçiltmək üçün bəhanə deyil. Süni maddələrin təhlükəsizliyi illərdir müzakirə mövzusudur və bu tip işlər bir daha sübut edir ki, "kalorisiz şirinlik" heç də riskdən azad deyil.
Digər tərəfdən, kişilərdə sonsuzluq artıq qlobal problemə çevrilib. ABŞ-də cütlüklərin 15%-ə qədəri övlad sahibi ola bilmir və bu halların yarısında səbəb kişi faktoru olur. Üstəlik, 1970-ci illərdən bu yana sperma sayının 50%-dən çox azaldığı deyilir. Səbəblər çoxdur: stres, qidalanma, elektromaqnit şüalanma, siqaret, alkoqol və indi də bu tip süni əlavələr.
Yəni, indi "pəhriz saxlayıram, şəkərdən uzağam" deyə sevindiyiniz Splenda, bəlkə də, sizdən gələcək ata olma şansınızı da alır.
Məsələ təkcə şirinləşdirici ilə bağlı deyil. Bu, bizi əhatə edən süni qida əlavələrinin, pəhriz adıyla qəbul etdiyimiz maddələrin orqanizmə təsiri ilə bağlı daha böyük sual doğurur. Əgər bu tədqiqatın nəticələri təsdiqlənsə, sucralose təkcə qidalanma deyil, kişi sağlamlığı üçün də ciddi risk sayılacaq. Ona görə də məsələni "siçanlarda olub" deyib keçmək yox, ehtiyatı əldən verməmək lazımdır. Çünki belə görünür, bəzi şirinlər uzunmüddətli acı nəticələr verə bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
-
Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?
-
Orqanizminizdə iltihab varsa qəhvə için
-
Yayda idman edənlər bunlara diqqət etməlidir
-
Saxta üsulla hazırlanan Pepsi-Kola - (Video)
-
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
XƏBƏR LENTİ
-
İradə İbrahimova dekoltesi ilə diqqət çəkdi - (Foto)
-
Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar - (Video)
-
Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda “cin çıxaran” qadın saxlanıldı
-
Həkimlərin maaş artımı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür
-
300 min hektar ərazi minalardan təmizlənib
-
Hindistanda blogeri ağaca bağlayıb yandırdılar
-
Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı
-
Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq
-
Azərbaycanda vəzifəli şəxslərə hökm oxundu
-
2 700 dollar qazandı, 135 dollar vergi ödəməlidir - Səbəb
-
“Mançester Siti”dən 145 milyonluq rekord transfer
-
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
-
Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
-
"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" - (Video)
-
Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
-
Bu şəxslərin maaşı artırılır - 3 min manatadək...
-
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb
-
1,2 milyon manatlıq körpü açılışda çökdü - (Video)
-
Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır
-
Dövlət sərhədini pozan 17 nəfər tutulub





