Son bir həftədə 6 məktəb direktoru vəzifəsindən azad olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan montorinqlər zamanı nöqsanlara yol verən direktorlar müəyyən olunaraq vəzifəsindən azad olunurlar.
Vəzifəsindən azad olunan direktorlar:
- 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova
- 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli
- 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva
- 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev
- 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva
- 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova
Milli.Az işdən çıxarılan bəzi direktorlarla bağlı məlumatlar əldə edib.
Belə ki, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova 8 ildən çoxdur ki, bu vəzifəni icra edib. Hətta işdən çıxarılacağını eşidəndə ürəyi də gedib, hətta onun vəzifədən getməmək üçün bülleten açdırdığı da deyilirdi.
Eyni zamanda direktorun məktəbdəki nöqsanları da kifayət qədər olub. Əldə etdiyimiz məlumata görə, direktor məktəbin sinif otaqlarını repititor müəllimlərə icarəyə də verirmiş. Həmin sinif otaqlarında 2-ci növbə vaxtı, şənbə və bazar günləri dərslər keçirilirmiş.
Eyni zamanda yuxarı sinif şagirdləri direktorlar sövdələşərək dərsə gəlmirlərmiş, bunun müqabilində də xüsusi ödəniş edilməli imiş. Direktorlar bağlı müxtəlif dövrlərdə mətbuatda da müxtəlif səpkili şikayətlər yayımlanıb.
İşdən çıxarılan 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli isə səs yazısından sonra məhşurlaşmışdı.
Səs yazısında məktəbin direktoru Museyibli Yaqut İbrahim qızı son zəng tədbiri ilə əlaqədar 11-ci siniflərdən 150 manat müqabilində pul tələb edirdi. Bu məsələ ictimailəşdikdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vəzifəsindən azad olundu.
Vəzifəsindən azad olunan digər direktorların da ciddi nöqsanlara yol verdiyi danılmazdır. Təssüf ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparılan monitorinqlərlə bağlı təfərrüatlı məlumatları açıqlamır.
Vəzifəsindən azad olunan direktorların uzun müddətdir həmin vəzifədə çalışdıqlarını nəzərə alsaq bəs bu şikayətlər, iradlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əvvəllər niyə araşdırılmırdı. Bir həftəyə 6 direktorun nöqsanı müəyyənləşdirilib aşkarlana bilibsə, illər ərzində bu nöqsanların üstü niyə örtülüb?!
Mehman Əsədov
Milli.Az