Kriminal

"Götürüb qaçdım, polislər parkda tutdular" - Qadının çantasını oğurlayan şəxs - VİDEO - FOTO

18 Avqust 2017 15:54
1 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib.

Nizami Ağaəliyev - Saxlanılan şəxs: "Avtobusda gəlirdim arvadla. Arvad düşdü, mən də arxasınca. Əlindən çantasını götürüb parka tərəf qaçdım. Qaçdım, polislər parkın içində məni tutub polis bölməsinə gətirdilər. Qonşu binada qalan qadındı".

Yol polisi əməkdaşları dərhal  qaçan şəxsi təqib etməyə başlayıblar və hadisə yerindən bir neçə yüz metr kənarda onu yaxalayaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə polis idarəsinə təhvil veriblər.

Cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini Nizami Ağəliyev olduğu müəyyənləşib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Götürüb qaçdım, polislər parkda tutdular" - Qadının çantasını oğurlayan şəxs saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.