Ölkə

Lənkəranda hadisə: ölən var - FOTO

23 May 2024 06:41
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda avtomobilin vuraraq öldürdüyü qadının kimliyi məlum olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu, Lənkəran şəhər Şəhidlər Xiyabanı küçəsində yaşayan 1979-cu il təvəllüdlü Vüsalə Müqabil qızı Əliyevadır.

Qeyd edək ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, "VAZ-2106" markalı minik avtomobil V.Əiyevanı vurub. Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədən sürücü isə Güloğlan Allahverdi oğlu İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.