Ölkə

Ağstafada toyda zəhərlənənlərin vəziyyəti açıqlandı - Yenilənib

23 İyun 2024 14:13
Baxış: 2 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:13

İyunun 22-də saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Milli.Az-a cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

Xatırladaq ki, dünən Ağstafada "İnci" şadlıq sarayında keçirlilən toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

---------
14:09


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən "İnci" şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

AQTA-dan Milli.Az-a verilən xəbərə görə, hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən Ağstafada şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 40 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

------------
10:12


Ağstafada toy mərasimində zəhərlənənlər evə buraxılıb

Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

Milli.Az "Report"a istinadla xəbər verir ki, zəhərlənənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər tibbi yardımlardan sonra evə buraxılıblar.

Xatırladaq ki, hadisə dünən baş verib. Şadlıq sarayların birində keçirilən toy mərasimində iştirak edənlərdən 43 nəfəri qidadan zəhərlənib.

--------
02:01

Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.

Milli.Az "Report"a istinadla xəbər verir ki, artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.