Kriminal

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

22 May 2024 15:06
Baxış: 1 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsi Nərgiz Absalamova barəsində qərar verib.

Milli.Az report-a istinadən xəbər verir ki, onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.

Qeyd edək ki, ötən il dekabrın 1-də N.Absalamova barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.