Dünya

Lüks avtomobil sahibinin özbaşınalığından bezən qonşunun cavabı ağır oldu - FOTO

21 İyun 2024 22:35
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın qərbində yaşayış kompleksinin sakini bütün qonşularının arzuladığı bir iş görüb - 12 milyon rubl (242 min manat) dəyərində "San-Paulo" rəngində BMW M4 markalı avtomobili yandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səbəb həmin avtomobilin sürücüsünün mütəmadi olaraq istədiyi kimi maşını park etməsi və səsli səsboğucu ilə yerli sakinlərin narahatlığına sahib olmasıdır. Yerli sakinlərin dediyinə görə, sürücü həmçinin mütəmadi olaraq maşınını digər avtomobillərin qarşısında saxlayıb gedir, ərazidə dəli kimi şütüyür və gecələr hamını narahat edirdi.

Ancaq heç kim ona dərs vermək istəməyib. Nəhayət, qonşulardan birinin səbir kasası daşıb. O, avtomobilin sahibinin nəzarətsiz qoyduğu anı gözləyib və bütün qəzəbini onun üzərinə töküb.

Nəticədə BMW ilə yanaşı daha üç avtomobil zərər görüb.

Yanğın törədəni mühafizəçi saxlayıb və polis çağırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.