“Gecə həyatı yaşayan qızların əksəriyyəti “bloger”dir” - Qalmaqal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Mehin Hümbətovanın və prodüser Tarix Əliyevin influenserlər haqqında fikirləri bloger Aypara Məmmədova (Ayparali) tərəfindən xoş qarşılanmayıb.
Milli.Az olay-a istinadən bildirir ki, "Tarixin bir günü" verilişində Tolik "Bu gün instaqram bağlansa, bu influenserlərin heç biri olmayacaq. Onlar görmədikləri həyatı öz izləyiciləri üçün yaşayırlar. Məndən inciməsinlər, bir qarın yeməyə restorana gedən adamlardırlar. Nə var-nə var bunların qabağına bir tikə lüləkabab qoyulacaq, onu çəkib izləyiciləri ilə paylaşacaqlar. Düşünürəm ki, bu influenserlərin bəziləri özlərini müğənnilərdən üstün tutmağa çalışırlar" fikirlərini söyləyib.
Mehin isə onun sözlərinə bu fikirlərlə cavab verib:
"İnfluenserlər müğənnilər olmayan ortamda özlərini öndə tuta bilər. Müğənnilər olan ortamda şəkil çəkdirməyə, onlarla dostluq etməyə çalışırlar. Biz olmayan yerdə özlərini üstün saya bilərlər".
Sözügedən dialoqu səhifəsində paylaşan Toliklə və Mehinlə razılaşmadığını bildirən Ayparali fikirlərini belə ifadə edib:
"Xanımın dediklərinə qətiyyən qatılmıram. Müğənni olan heç bir ortamda qaçıb heç bir müğənni ilə yaxınlıq yaratmağa, şəkil çəkdirməyə çalışmamışam. Düzdür, bu ayıb bir şey deyil. Ancaq içimdən gəlməyib, bu onu özümdən üstün görmədiyim üçündür. Dost olaraq hansısa müğənni ilə nə vaxtsa yaxınlıq quraramsa, bu başqa məsələ. Ona görə də, bu fikri hər kəsə şamil etməyin zəhmət olmasa... Bir qarın yeməyə paylaşım edən influenserlər olduğu kimi, çox biabırçı qalmaqallarla gündəmdə qalmağa çalışan müğənnilərimiz də az deyil. Bu artıq reallıqdır, anlayıb dərk edək. Müğənni müğənnidir, mahnısını oxuyub pul qazanır. İnfluenser kontent yaradıb, reklam alıb pul qazanır. Hərənin öz auditoriyası var və hər iki tərəf öz məşhurluğunun payını alır. Heç bir tərəf digərindən üstün, ya da alçaq deyil. İnfuenserlik hələ ki bir peşə, sənət qolu olaraq qəbul edilməsə də, bu reallıq qapıdadır".
Prodüser isə Ayparanı cavabsız qoymayıb:
"Bu gün gecə klubundan çıxan, gecə həyatı yaşayan qızların əksəriyyəti "bloger"dir. Ailə blogerləri var, amma onların da əksəriyyəti nümunəvi deyil. Nümunə olanlar göz önündədir. İnfluenserlər nəyinsə piarına dəstək olmaq üçün dəvət oluna bilər, ancaq bu göstərici deyil. Çünki insanlar yalançı yarışmalardan, reklamlardan beziblər. Feyk şərhlər, izləyicilər... Bu ki faktdır"...
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





