Ermənistan

Erməni müğənninin oğlu hakimiyyəti ələ keçirmək istəyirmiş

23 May 2024 07:22
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Spitaksi Haykonun oğlu Hraçya Gevondyanın həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.

Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Hraçya Gevondyanı bir qrup şəxslə Ermənistanda hökumət, parlament və polis binalarını zorakılıqla ələ keçirməyi planlaşdırmaqda ittiham edib. Bildirilir ki, o, mayın 26-da keçirilən mitinqdə bu hərəkətləri etmək niyyətində olub. Hazırda Gevondyan saxlanılıb, buna səbəb isə telefon danışığının yazılması olub.

Açıqlamada bildirilir ki, Gevondyan müxalifət parlament fraksiyasının nümayəndələrindən birinə yaxındır. İstintaq Komitəsinin yaydığı bütün videokadrlarda Gevondyanın deputat Levon Köçəryanın (ikinci eks-prezidentin oğlu) yanında dayandığı aydın görünür.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.