Kriminal

Gözətçi işlədiyi evdən 125 min manatlıq oğurluq etdi - FOTO

22 May 2024 19:59
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir nəticəsində 1986-cı il təvəllüdlü Ramal Fətullayev saxlanılıb. Ondan iki kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125 min manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.

Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.