Hadisə

Bakıda avtobusda DƏHŞƏT: qadın təkərin altında qalaraq öldü

22 May 2024 09:13
Baxış: 5 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin - 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.