Dünya

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

23 May 2024 01:42
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş konsulu Taliya Lador mayın 22-nə keçən gecə Münhendəki missiyaya hücum edildiyini açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

"Bu gün İsrailin Münhendəki Baş Konsulluğuna hücum edilib. Bu, Almaniyanın cənubunda İsrail Dövlətinin rəmzinə hücumdur. Münhen polisinə sayıqlığına görə təşəkkür etmək istərdik. Son bir neçə ay ərzində bu cür hallar təkrar-təkrar baş verir", - diplomat söyləyib.

Nəşr əlavə olaraq yazıb ki, konsulluğun ərazisinə butulka atılıb və onun içərisində yandırıcı qarışıq tapılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.