Təhsil

İlham Əliyevin Qarabağ Universitetinə xüsusi yanaşması bizə stimul verir - Tələbə

23 Sentyabr 2024 12:35
Baxış: 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev Qarabağ Universitetinə xüsusi yanaşır və bizimlə maraqlanır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Qarabağ Universitetinin tələbəsi Nərmin Məhərrəmzadə deyib.

"Prezident İlham Əliyev Qarabağ Universitetinə xüsusi yanaşır və bizimlə maraqlanır. Bu da bizə stimul verir.

Prezident İlham Əliyevin universitetimizdə görmək məni çox qürurlandırdı. Mən 573 bal ilə Qarabağ Universitetinin İngilis dili müəllimliyi fakültəsinə daxil olmuşam. Bu gün ilk dərs günümüz idi. Universitetdə tələbələr üçün hər cür şərait yaradılıb. Bütün bunlar bizim gələcəkdə ixtisaslı kadr kimi yetişməyimizdə kömək olacaq", - deyə, tələbə qeyd edib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.