İran

Pezeşkian: ABŞ-a bu mesajla gəlmişik!

23 Sentyabr 2024 14:39
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz İranın adından sülh və təhlükəsizlik mesajı gətirmişik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən İran Prezidenti Məsud Pezeşkian deyib.

"BMT-nin sülh və bütün insanlar üçün təhlükəsizlik şüarını həyata keçirməyə çalışırıq. Biz bu mesajın daşıyıcısı olaraq müharibə və qətllərin əvəzinə, rəngindən, irqindən, etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq, bütün insanların rahat yaşaya biləcəyi bir dünya yaratmalıyıq", - o bildirib.

Məsud Pezeşkian təəssüflə qeyd edib ki, bu gün dünya belə deyil və ikili standartlara görə bəziləri yaxşı, bəziləri isə pis sayılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.