Cəmiyyət

Qapalı məkanlarda siqaret çəkməyə görə cərimələr tətbiq olunurmu?

3 Oktyabr 2025 17:23
Baxış: 350
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir çox ölkədə spirtli içkilər və tütün məhsulları təqdim olunan yerlərə azyaşlıların daxil olması qadağandır.

Bəs azərbaycanda bu sahədə vəziyyət necədir?

Milli.Az xəbər verir ki, millət vəkili elşad musayevin fikrincə, problem hələ də aktuallığını qoruyur.

O qeyd edib ki, qapalı məkanlarda siqaret çəkilməsi qadağan olunsa da, buna çox vaxt əməl edilmir. Onun sözlərinə görə, qaydaları pozan müəssisələrə ciddi cərimələr tətbiq olunmalı, hətta bəzi hallarda bağlanmalıdır ki, nəticə olsun.

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində (restoran, kafe, bar və s.) siqaret çəkmək 30 manat cərimə ilə nəticələnir. əgər müəssisədə siqaret üçün xüsusi yer ayrılmayıbsa və xəbərdarlıq lövhəsi qoyulmayıbsa, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat cərimələnə bilər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.