Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarında mülki insanları hədəf almaması ilə bağlı daha bir fakt üzə çıxıb.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə İTV-nin hazırladığı sənədli filmdə hərbçimiz danışıb.
O bildirib ki, əməliyyat zamanı Xankəndi-Xocavənd yolunda erməni maşınını görüblər, lakin mülki nəqliyyat vasitəsi olduğu üçün hərəkətinə mane olmayıblar.
Bundan sonra bir qədər uzaqlaşan maşının içindən hərbçilərimizə atəş açılıb və bir nəfər yaralanıb.
Milli.Az