Hərbçimiz ermənilərin maşınını saxlamadı, lakin sonra... - VİDEO

22 Sentyabr 2024 20:45

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarında mülki insanları hədəf almaması ilə bağlı daha bir fakt üzə çıxıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə İTV-nin hazırladığı sənədli filmdə hərbçimiz danışıb.

O bildirib ki, əməliyyat zamanı Xankəndi-Xocavənd yolunda erməni maşınını görüblər, lakin mülki nəqliyyat vasitəsi olduğu üçün hərəkətinə mane olmayıblar.

Bundan sonra bir qədər uzaqlaşan maşının içindən hərbçilərimizə atəş açılıb və bir nəfər yaralanıb.

Milli.Az