Ölkə

Yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək? - Açıqlama

23 Sentyabr 2024 14:14
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ən böyük tıxac Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi - "20 Yanvar" metrosu hissəsində olur. Bu yolda günün istənilən saatında tıxac var. Buna görə də Bakı və Sumqayıt arasında alternativ yol çəkilməlidir.

Milli.Az bildirir ki, bunu Bakupost.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. Məlumatlar olsa da, layihə hələ ki ictimai müzakirəyə çıxarılmayıb:

"Bakı-Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı-Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşən 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələ ki bu layihədən bir xəbər yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.