Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H. Əsədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
Milli.Az