Bakıda otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, hadisə baş verən axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı Ülvi onun ünvanına ağır söyüşlər söyüb. Hikmət dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi ondan Ülvi Qasımovu öldürəndən sonra meyitinin fotoşəklini çəkib başqa şəxsə göndərməsinin səbəbini soruşub.
H.Muxtarov təsdiq edib ki, şəkli qardaşına məxsus "WhatsApp" tətbiqinə göndərib və adam öldürdüyünü bildirib.
Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini istəyib.
Məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, bu hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci Polis Şöbəsindən Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zəminində bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. H.Muxtarov şübhəli şəxs qismində saxlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Avroviziya” şərhçilərimiz onlar olacaq
-
Nərgiz Məhəmmədi azadlığa buraxıldı
-
Natavanla Dado yenidən bir arada
-
"Barselona"dan Flik qərarı
-
"Ulduz müharibələri"nin "zabiti" vəfat edib
-
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Almaniyada həbsxanada yanğın: Xeyli yaralı var
-
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
-
Trampın qərarından sonra Netanyahu fövqəladə müşavirə topladı
-
Gələn il veteran pulu ARTIRILACAQ?
-
İtkin düşən 9 nəfər tapıldı
-
Gümüşün qiyməti kəskin ARTDI
-
Şəmkirdə ağır QƏZA: Ölən var
-
"Sabah" - "Neftçi" oyunu bu tarixdə olacaq
-
Polis avtomat və tüfənglər aşkarladı
-
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
-
Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu
-
Rusiyanın itkiləri yeniləndi
-
Türkiyədə hantavirus həyəcanı: 3 nəfər nəzarətə götürüldü
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi





