Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı Şurası Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında imzalanmış Əməkdaşlıq Sazişinin qismən dayandırılmasına dair qərarı ləğv edib və sazişin tam tətbiqini bərpa edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.
Məlumata görə, adıçəkilən qərarla Suriyaya qarşı 2011-ci ildə qəbul edilən və 2012-ci ildə uzadılan məhdudiyyətlər aradan qaldırılıb. Həmin məhdudiyyətlər Bəşər Əsəd rejiminin insan hüquqları pozuntularına cavab olaraq tətbiq edilmişdi və Suriya məhsullarının, o cümlədən neft, neft məhsulları, qızıl, qiymətli metallar və almaz kimi malların ticarətinə dair bəzi məhdudiyyətləri əhatə edirdi.
"Qismən dayandırmanın başa çatdırılması Avropa İttifaqı ilə Suriya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində mühüm addımdır", - qərarda qeyd olunur.
Açıqlamada, həmçinin bildirilir ki, 2011-ci ildə tətbiq edilən bu tədbir ciddi insan hüquqları pozuntularına cavab idi və 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutundan sonra bu əsaslar artıq mövcud deyil.
"Qərarın ləğvi Avropa İttifaqının Suriyada sülh, inklüziv keçid və iqtisadi bərpa prosesini dəstəkləmək siyasəti ilə uyğundur", - Aİ Şurası vurğulayıb.
Bildirilib ki, bu addım Aİ-nin Suriya ilə münasibətləri yenidən qurmaq və ölkənin iqtisadi bərpasına dəstək vermək niyyətini göstərir./Apa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
-
3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
-
43 ildir buna görə evlənmirlər
-
Paytaxtda marketdən elektron siqaretlər oğurlayan şəxs tutuldu
-
Suriya WUF13-də iştirak edəcək
-
Oğlu ilə FOTOsunu paylaşdı
-
Azərbaycanda komanda meydana 2 qapıçı ilə çıxdı
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Markus Reşford karyerasında ilki yaşadı
-
Sabah çox isti olacaq
-
Evin pəncərəsini silmək canından etdi
-
2 yaşlı uşaq faciəvi şəkildə öldü
-
Polis əməliyyatlar keçirdi: 83 nəfər SAXLANILDI
-
Nəriman Zuliyev VƏFAT ETDİ - FOTO
-
“Çox arxayın getdim ki, işə götürəcəklər, dedi ştatda YER YOXDUR”
-
Türkiyə “Kuzgun”u təqdim etdi - FOTO
-
"Tarqovu"da hamı gözəlliklərinə HEYRAN QALDI - VİDEO
-
49 yaşlı Tyeri Anri əzələləri ilə diqqət çəkdi - VİDEO
-
“Yaxşılığın ‘Y’ hərfi gələndə mənim başımdan "TÜSTÜ ÇIXIR""
-
Əməkdar artist qızına ev ALDI





