Hadisə

Qaradağda ağır qəza: İki yük avtomobili TOQQUŞDU - VİDEO

23 Sentyabr 2024 14:57
Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Hacı Zeynalabdin qəsəbəsini Sahil qəsəbəsi ilə birləşdirən yolun 40-cı kilometrliyində qeydə alınıb.

"Bu gecə saat 01:25-də 90-MG-522 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili qarşıda gedən "Mercedes-Benz Axor" markalı 77-JA-406 dövlət nömrə nişanlı digər yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəzaya səbəb "KamAZ"ın sürücüsünün yuxulu olması olub. Hadisə nəticəsində xəsarət olmayıb.

Qeyd etmək istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilməsinə, olunan xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, təəssüflə qeyd edirik ki, hələ də nəqliyyat vasitəsini yuxulu vəziyyətdə və yorğun halda idarə edən sürücülərimizə rast gəlinir ki, bu da sonda ağır hadisələrin yaşanmasına gətirib çıxarır.

Bir daha sürücülərdən xahiş və tələb edirik ki, sükan arxasına yorğun və yuxulu halda əyləşməsinlər", - deyə açıqlamada vurğulanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.